• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 950
— 23.01.2023 12:24

İstehsal 2 dəfəyədək artıb

KepezTV Player

Ötən il "Gəncə avtomobil zavodu" İstehsalat Birliyində əmtəəlik məhsul istehsalı artaraq 78 milyon manat təşkil edib. Bu göstərici 2021-ci il ilə müqayisədə 1,8 dəfə çoxdur. Hesabat ilində istehsal edilən 588 ədəd müxtəlif modeldə traktorlar, 140 URAL və 255 ədəd KAMAZ markalı yük avtomobilləri ilə yanaşı zavodda 226 ədəd xüsusi təyinatlı qoşqu, 5 ədəd yarımqoşqu, 1 ədəd traktor qoşqusu yığılıb.