• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2006
— 22.01.2023 20:31

Çörək bişirən qadınlar xəstəxanalıq olublar

KepezTV Player

Tovuzun Əlibəyli kəndində bədbəxt hadisə yaşanıb. 1961-ci il təvəllüdlü Tağıyeva Roza Abbas qızı və onun gəlini, 1992-ci il təvəllüdlü Esmira Xəqani qızı Tağıyeva yaşadıqları evin həyətində çörək bişirən zaman ocağa odun qoyduqdan bir müddət sonra partlayış baş verib.Məlumata görə, quru odunun içərisindəki naməlum əşya ocağa atılan zaman partlayıb. Qadınlardan biri qarın boşluğundan, digəri isə üz nahiyəsindən xəsarət alıb. Zərərçəkənlər  Tovuz  Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Hadisənin dəqiq təfərrüatları aparılan araşdırmalardan sonra bəlli olacaq.