• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 849
— 22.01.2023 20:30

Səyyar sirk balacaların qonağıdır

KepezTV Player

“Fantaziyya” adlı səyyar sirk Gəncədə balacaların qonağıdır. Sirkin ilk tamaşası şəhid və qazi övladları, imtiyazlı ailələrin uşaqları üçün olub. Təqdim edilən maraqlı nömrələr tamaşaçılada xoş əhval yaradıb.

Sirkin hazırladığı nömrələr Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzində nümayiş etdirib. Azərbaycanla yanaşı, Rusiya, İspaniya, Ukrayna və Özbəkistandan olan hava gimnastları,  akrobatlar, janqlorlar, klonlar balacaların əylənməsi üşün əllərindən gələni ediblər.

Şölə Quliyeva tamaşaçı: Mən sirkə gəldim. Çox xoşuma gəldi. Ən çox da kəndirdə oynamaqlarını sevdim.

Nuray Zeynalova  tamaşaçı: Mənim 6 yaşım var. Sirkə gəlmişəm və bu gün maraqlı keçdi. Çox əyləndik.

Xədicə Nağıyeva  tamaşaçı: Hamısı xoşum gəldi. Qəşəng rol apardılar. Akrabatların çıxışı qəşəng idi. Kəndirin üstündə getmələri yaxşı idi, çox sevindim.

Sirk yanvar  23-dən başlıyaraq gündə 2 seans olmaqla 10 gün müddətində Gəncədə olacaq. Seans ərzində 10 nəfərlik kollektiv saat yarım ərzində səhnədə olacaqlar.

 

Anastasiya Vasilenko  sirk ustası: Ukraynanın Xarkov şəhərindən gəlmişəm. Gəncə şəhərində olmaq, burada tamaşaçıların sevgisini qazanıb çıxış etmək mənim üçün çox xoşdur. Digər həmkarımla birlikdə duet olaraq balaca tamaşaçılarımız üçün akrobatik çıxışlar edirik. Çox maraqlı keçir.

Ruslan Olşenski  sirk ustası: İlk dəfədir ki, Gəncədə oluram. Bu şəhəri çox bəyəndim. İnsanları da mehribandır. Hər tamaşadan sonra balaca dostlarımız bizimlə şəkil çəkdirir və bu bizim üçün çox xoşdur.

Samir Abbasov  sirkin rəhbəri: Həm böyüklər, həm də balacalar üçün çıxışlarımız var. Əsasən də balaca dostlarımız üçün çıxış edirik. Burada həm əylənmək, həm də dünya görüşlərini artırmaq üçün var.

Gəncə ilə yanaşı Samux, Göygöl, Goranboy və Daşkəsəndən olan tamaşaçılar üçün də seanslar təşkil ediləcək. Qərb bölgəsindən sonra sirkin növbəti dayanacağı Ucar, Ağdaş və Göyçay rayonları olacaq.

Elnur Vahidoğlu