• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 848
— 21.01.2023 12:19

Məktəblərdə həkimi olmayan tibbi məntəqələri

KepezTV Player

Son dövrlər tənəffüs sistemi xəstəliklərinin sayı artıb. Bu xəstəliklərə immuniteti zəif olanlar, o cümlədən uşaqlar daha tez yoluxur. Əsasən də təmasın sıx olduğu məktəbdə. Şagirdlər arasında viruslu olanların müəyyənləşdirilərək təcrid edilməsi, məktəbə buraxılmaması isə tibb xidməti göstərənlərin üzərinə düşür. Təhsil ocaqlarında bu işin necə təşkil edildiyindən əməkdaşımız Aişə Rzayeva məlumat verəcək.

Respirator xəstəliklərin, özəlliklə son zamanlar geniş yayılan qripin məktəblərdə şagirdlərin davamiyyətinə təsiri şüphəsizdir. Belə olan halda səhhətində problem olanların həkim rəyinə əsasən dərslərdə iştirakı məsələsi aktuallaşır.

Məktəblərdəki tibb otaqları zərurət yarandığı halda şagirdlələrə ilkin tibbi yardım göstərmək üçün nəzərdə tutulub. İldə bir dəfə isə şagirdlərin ümumi müayinəsi aparılır. Xəstəliklərin geniş yayıldığı bu dövrdə məktəblərdəki tibbi xidmətə müraciətlərin sayı da artıb.

Mövcud vəziyyət Gəncədə tibb otağının fəaliyyət göstərdiyi sayılı məktəblər sırasındadır.

Gəncə-Daşkəsən regional təhsil idarəsindən verilən məlumata görə Gəncənin bütün məktəblərində tibb otaqları yaradılsa da onların yarısında həkim var.

Gəncə şəhər birləşmiş xəstəxanasından isə məsələ ilə bağlı verilən şifahi məlumata görə, həkim çatışmazlığı səbəbindən məktəblərə göndərişlər yoxdur. Belə olan halda həkimi olmayan tibb məntəqəsi məktəb üçün lazımdırmı? Və ya hər hansı bir hadisə zamanı ilkin tibbi yardımı ixtisaslaşmış şəxs göstərmirsə onun fəsadlarına görə kim cavabdehlik daşıyır? Görünür adiyyatı qurumlar bu sahədə də fəaliyyətlərini təkmilləşdirməlidirlər.