• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2486
— 12.01.2023 11:25

Mezoterapiya və Biorevitalizasiya

KepezTV Player

Yaşlanma əleyhinə tətbiqlərdə qocalmanı dayandırmaq üçün müxtəlif üsullardan istifadə edilir. Bu metodlardan biri də mezoterapiyadır. İlk dəfə 1952-ci ildə Dr. Mişel Pistor tərəfindən tətbiq edilən  sözügedən estetik prosedurun məqsədi dəri hüceyrələrini müalicə etmək və onların bərpasını təmin etməkdir. Bu bütün dünyada dərinin cavanlaşması, yaşlanma əleyhinə, bölgəsəl arıqlama, selülit, çatlaq,  yara izləri və müxtəlif dəri xəstəliklərinin müalicəsində istifadə olunur. Prosedur saçda da tətbiq edilə bilər. Saç mezoterapiyası – həm qadınlarda, həm də kişilərdə saç tökülməsinin qarşısını alan, eyni zamanda onların uzanmasını təmin edən və keçəlliyin müalicəsi olaraq da istifadə edilə bilən bir üsuldur. Müalicə prosesi zamanı vitaminlərin, mineralların, amin turşularının, fermentlərin tək və ya ümumiyyətlə qarışıqda dərinin orta təbəqəsinə mikroinyeksiya yolu ilə tətbiq edilir.

Dərinin cavanlığını qoruyan digər proseduralardan biri də biorevitalizasiyadır. Qırış, quru, yorğun və günəşdən zədələnmiş dərini dərhal təsir edərək cavanlaşdırır. Preparatlar nazik iynə ilə nöqtəvi şəkildə vurulur, nəticədə dəridəki qocalma prosesləri ləngiyir. Bu müalicə növü hüceyrə mübadiləsini yaxşılaşdırır və dərini nəmləndirir. Biorevitalizasiya və mezoterapiya bir-birinə oxşar prosedur olsa da bəzi fərqli yönləri də var.Mezoterapiya üsulunda hialuron turşusunun faiz göstəricisi az olur,buna görə də məhlul maye şəklində olur.Biorevalitazasiya da isə əksinə hialuron turşusunun faiz göstəricisi yüksək olur, maye isə nisbətən qatı olur və dolğuya bənzəyir.Hansı kosmetoloji prosedurdan istifadə etməyinizdən asılı olmayaraq,  çalışın öz işinin peşəkarı olan həkimlərə müraciət edəsiniz.