• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1222
— 19.01.2023 20:45

"20 Yanvar"ın 33-cü ildönümünə həsr olunmuş dəyirmi masa

KepezTV Player

Gəncə  Şəhər  İcra Hakimiyyətinin və Azərbaycan  Milli  Elmlər  Akademiyası Gəncə  Bölməsinin birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinə həsr edilən tədbir keçirilib. Xalqın öz əzəli torpaqlarının bütövlüyü naminə apardığı haqq işini, onun azadlıq əzmini boğmaq niyyətinin baş tutmadığına diqqət çəkilib. 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə dağılmaqda olan Sovet İttifaqının ordu birləşmələrinin Bakıya yeridilməsi ilə yaşanan qanlı hadisənin tariximizin faciəvi, eyni zamanda milli birliyimizin o vaxtadək görünməyən bir həddə nümayişi baxımından qürurverici anı kimi dəyərləndirilib.O ağır hadisəsindən dərhal sonra Ulu Öndər Heydər Əliyevin baş verənlərlə bağlı xalqımız adından öz kəskin etirazını bəyan etməsi millətimizin öz taleyinə özünün sahib çıxmasına bir çağırış olduğu vurğulanıb. 20 Yanvar hadisələrinə əsl siyasi qiymət, eləcə də həmin faciənin qurbalarına şəhidlik statusu məhz ümumilli lider tərəfindən verilib. Müasir dövrdə Prezident İlham Əliyevin  Vətən torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhidlərin ailələrinə xüsusi diqqət və qayğı göstərdiyi diqqətə çatdırılıb.