• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1935
— 19.01.2023 20:31

İnkişaf geriliyi uşaqlar arasında geniş yayılıb

KepezTV Player

Son dövrlərdə inkişaf geriliyi yaşayan uşaqların sayın artım müşahidə olunur. Bu istər nitq pozuntusu, istərsə fiziki inkişafdan geri qalma, və ya başqa simptomlar formasında özünü biruzə verir. Belə halları müşahidə edən valideynlərin mütəxəssislərə müraciət etmələri tövsiyyə olunur.

Uşaqlarda inkişaf geriliyi müasir valideynlər üçün aktual problemlərdən birinə çevrilib. Öz yaş dövrlərinə uyğun nitq, bacarıq və vərdişlərə adekvat olmayan uşaqların sayı artır. Bəzi valideynlər buna ötəri hal, "keçəcək", "düzələcək" kimi yanaşma ortaya qoyduğundan sonrakı fəsadları daha ağır olur. İnkişaf geriliyi yaşandığından uşaqlarda fərqli fəsadlara yol açır.

Çinarə Xəlilova psixoloq-loqoped: Bu problemlər ana bətnindən də ola bilər. Ailə münasobətləri və ya valideynlər işləyir uşaq nənə baba yanında pedoqoji cəhətdən baxımsız qalır. Belə olanda inkişaf ləngiməsi olur.

İnkişaf və nitq geriliyi problem yaratsa da ilkin mərhələdə həlli mümkün vəziyyətdir. Müayinənin nəticəsinə uyğun olaraq yönəldilən müətxəssislər tərəfindən aradan qaldırıması mümkündür.

Çinarə Xəlilova psixoloq-loqoped: Nitq ləngiyəndə biz masaj edirik. Xüususi dil və üz masajları var. Belə olanda uşaq danışmağa başlayır.

Xəyalə Həsənova valideyn: 3 aydır övladımı gətirirəm. Nəticəsi yaxşıdır. Loqopedlə işin nəticəsi müsbətdir. 1 ay sonra çıxardacam.

Psixoloq və loqopedlə yanaşı ümumi inkişaf prosedurları problemin tez bir zamanda aradan qalxmasına təkan verir. Yəni digər uşaqlarla ünsiyyət, dinləmələr və ətraf mühitlə təmas.

Yeganə Yusifova uşaq mütəxəssisi: Erkən inkişaf kursları uşaqların inkişafına müsbət təsir göstərir. Texnologiya dövründə olduğumuz üçün bu artıq uşaqlara vacibdir.

İnkişaf geriliyi olan uşaqlar hər gün eyni saatda yatmalı və oyanmalıdır. Televizor, kompüter, mobil telefondan istifadə minimuma enməli, masaj, üzgüçülük, rəqs, gimnastika həftəlik qrafikə daxil edilməlidir. Ən əsası da müvəffəqiyyətin əldə edilməsində uşağı tərifləmək müsbət effekt verir.

Nərgiz Əhmədqızı