• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1778
— 19.01.2023 11:40

Göygöldə narkotik satmaqda və saxlamaqda şübhəli şəxslər saxlanılıb

KepezTV Player

Göygöl Polisi isə Gəncə şəhər sakini Orxan Zərbiyaninin əlindəki çantadan 1 kq-dan artıq “heroin” və 2 kq-a yaxın “marixuana” aşkar ediblər.

Digər bir əməliyyat-axtarış tədbirləri nəticəsində isə Gəncə şəhər sakini Habil Novruzov saxlanılan zaman onun üzərində ümumi çəkisi 100 qramdan artıq olan olan 2 bükümdə narkotik maddə “heroin” aşkar olunub. Post-patrul Xidməti əməkdaşlarının keçirdikləri digər bir əməliyyat-axtarış tədbirləri nəticəsində isə qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən Elnur Zeynalovdan isə külli miqdarda “tiryək” aşkar olunub. Rayon Polis Şöbəsinə rayon ərazisindəki “Ərəbli” su arxının yaxınlığında odlu silah olması barədə məlumat daxil olub. Araşdırmalar zamanı oradan 2 ədəd “Makarov” tipli tapança, həmin tapançalara aid 1 ədəd sandıqca” 1 ədəd “PSM” markalı tapança və 9 ədəd patron aşkar edilərək götürülüb. Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib, cinayət işləri ilə bağlı araşdırmalar davam etdirilir.