• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 867
— 18.01.2023 12:43

Baş konsul: "Əlaqələr inkişaf edəcək"

KepezTV Player

Reallaşdırılan infrastruktur layihələri, perspektivdə olan bir sıra məsələlər Türkiyənin Gəncədəki yeni baş konsulu Recep Öztopla görüşdə müzakirə olunub. İcra başçısı Niyazi Bayramov şəhərin tarixi, mədəniyyəti və iqtisadiyyatı barədə diplomatı məlumatlandırıb. Şəhər rəhbəri Türkiyənin Gəncədəki Baş konsulluğu ilə sıx əməkdaşlıq əlaqələrinin olduğunu vurğulayaraq, münasibətlərin bundan sonra da yüksələn xətt üzrə davam edəcəyinə əminliyini ifadə edib. Baş konsul bugünədək Gəncədə həyata keçirilən tədbir və layihələrin davam etdiriləcəyini, bu istiqamətdə Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyinə inandığını bildirib.