• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 767
— 17.01.2023 19:34

Samux sakininin üzərindən və evindən narkotik götürülüb

KepezTV Player

Samuxda polis bir sıra əməliyyatlar keçirib. Qanunu pozanlar elə onun ədaləti qarşısında cavab verməli olacaqlar.
Samux rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq satış məqsədi ilə narkotik maddə əldə edib, saxlamaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Bəhruz Həsənov saxlanılıb. Üzərindən “metamfetamin” aşkar olunub. Yaşadığı evdən isə 7 kq 180 qram “marixuana” və “metamfetamin” götürülüb.