• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2030
— 16.01.2023 15:50

Xankəndi-Laçın yolunda aksiya 36 gündür davam edir

KepezTV Player

Havanın soyuq və şaxtalı olmasına baxmayaraq, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası otuz altı gündür davam edir. Gənc aktivistlər yüksək fəallıq göstərirlər. Həmişə olduğu kimi, etirazçılar bu səhəri də Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə açıblar. Daha sonra vətənpərvərlik ruhunda mahnılar ifa ediblər. Ekofəallar yolun hər iki tərəfində, hərəkətə maneə törətmədən üzərində Azərbaycan, rus və ingilis dillərində yazılmış plakatlar qaldırıb, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!” kimi şüarlar səsləndirirlər.

Bu arada, Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha 17 avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb. Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.