• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2204
— 15.01.2023 20:12

Yurda qayıdacağına sevinən laçınlılar

KepezTV Player

Bu ilin ilk sevincli xəbərini Prezident İlham Əliyevdən aldıq. Belə ki, bir neçə gün bundan əvvəl ölkə başçısı yerli media işçiləri ilə görüşəndə il ərzində işğaldan azad edilən Laçına da sakinlərin qayıdacağı ilə bağlı sevindirici xəbər verdi. Şübhəsiz ki, bu xəbər bütün laçınlıların ürəyincə olmaya bilməz.

Artıq 88 yaşlı Çoban Şükürov və onun kimi digər laçınlıların vətən həsrətinə son qoyulub. Biz Laçına qayıtmışıq. Ali baş komandan və rəşadətli ordumuzun sayəsində 30 illik işğala son qoyulub. Çoban dayı deyir ki, onun Laçınla bağlı tək təsəllisi orada çəkdirdiyi fotalar, bir də yaddaşından silinməyən xatirələridir. Ölkə başçısının müjdəli xəbərindən isə qəlbinin dərinliyində olan arzular, xatirələr dil açır. Sayılı aylar Laçına qayıdışın həyacanını artırır.

Laçından çıxanda 11 yaşı olan Aqil Şükürzadənin də sevincinin həddi-hüdudu yoxdur. Çünki o düz 30 ildən sonra öz dədə-baba yurdunu görəcək. Gecə-gündüz doğma el-obasından danışır. Deyir orada yaşayıb, havasını udub, suyunu içib, torpağına ayaq basmağın sevinci tamam başqadır. Onu sözlə ifadə eləmək mümkün deyil. Tək arzusu isə ailəsi ilə birlikdə bu sevinci orada yaşamaqdır.

Bəli bu həqiqətdir. Özü də əbədi, daimi olan bir həqiqət. İndi bu həqiqətən doğan sevinci ali baş komandanın ətrafında yumruq kimi birləşən bütün Azərbaycan xalqı yaşayır.

Elnur Vahidoğlu