• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2074
— 15.01.2023 20:02

Prezident İlham Əliyev Vaxtanq Kikabidzenin vəfatı ilə bağlı başsağlığı verib

KepezTV Player

Prezident İlham Əliyev Vaxtanq Kikabidzenin vəfatı ilə bağlı doğmalarına və yaxınlarına başsağlığı məktubu ünvanlayıb. "Gürcüstan xalqının böyük oğlu, görkəmli müğənni, aktyor və rejissor Vaxtanq Kikabidzenin vəfatı xəbərindən son dərəcə kədərləndik. Vaxtanq Kikabidze Azərbaycanın böyük dostu idi. O, Azərbaycan ilə Gürcüstan arasında mədəni əlaqələrin inkişafına, dostluq və mehriban qonşuluq münasibətlərin möhkəmlənməsinə də mühüm töhfələr verib. Vaxtanq Kikabidzenin əziz xatirəsi qəlbimizdə daim yaşayacaq.", deyə başsağlığı məktubunda qeyd edilib.