Bu günə xəbərlərin oxunma sayı: 666
—
14.01.2023 11:39
Gəncədə evdə partlayış olub, xəsarət alan var
KepezTV Player
Gəncədə evdə partlayış baş verib. Bakı sakini olan qadın səhər saat 5 radələrində qonaq gəldiyi evin hamam otağının işığını yandıran zaman qaz sobasında sızma olduğu üçün, ani alovlanmadan partlayış olub. Nəticədə qadın yanıq xəsarətləri alıb. O, Gəncədə 3 nömrəli Təxirəsalınmaz Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb, tibbi yardımdan sonra Bakı şəhərindəki tibb müəssisələrinin birinə göndərilib. Hadisənin baş vermə səbəbləri araşdırılır.
- Baxış: 568