• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2203
— 13.01.2023 19:58

Qarın faydası, ziyanından qat-qat çoxdur

KepezTV Player

Mütəxəssislər hesab edirlər ki, qarın yağmasının faydası ziyanından qat-qat çoxdur. Qar həm insan orqanizmi üçün təhlükəli olan bakteriyaları məhv edir, həm də ümumiyyətlə təbiətin canlanmasına, nəticədə də məhsul bolluğuna şərait yaradır. Həkimlər də qar yağanda, havada gəzməyin vacibliyini əbəs yerə demirlər.
Artıq bir neçə gündür ki, Nizami yurduna durmadan qar yağır. Düzdür yerdə qalmasada amma qarın yağması havanın təmizliyi deməkdir. Belə havalarda isə uşaqlar, elə böyüklərdə ən azı 1 saat təmiz havada qalmaları, onların orqanizmi üçün faydalıdır. ))
Qarın yağmasından zövq alaraq parklara və küçələrə çıxanlar, təmiz hava qəbul edərək sağlamlıqlarının qeydinə qalanlar az deyil. Bu mənzərəni nəinki böyüklər elə balacalarla birgə də müşahidəe tmək olur.
Qar yağan zaman havada olan bakterialar məhv olur, eyni zamanda havanın rütubətliliyi artır və hava təmizlənir. Bu da insan orqanizmində immun sisteminə, ağ ciyərlərə olduqca faydalıdır. Hətta körpə uşaqlar da qar yağanda açıq havada yata bilər. Mütəxəssislər bununla yanaşı qeyd edirlər ki, 1 saatdan artıq qarlı hava qəbul etmək sağlamlığımıza mənfi təsir edə bilər.
Qar insan psixologiyasına da müsbət təsir göstərir. Sakitləşdirici rol oynamaqla neqativdən uzaqlaşdırır.

Nərgiz Əhmədqızı