• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1679
— 13.01.2023 12:23

Avtoxuliqanlıq edən şəxs həbs olunub

KepezTV Player

Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları şəhər ərazisində sürət həddini aşan, yol hərəkəti qaydalarını kobud şəkildə pozan və avtoxuliqanlıq edən sürücünü saxlayıb. Belə ki, Eldar Şükürovun saxta dövlət qeydiyyat nişanı ilə idarə etdiyi “Moskviç” markalı avtomobil ilə yollarda intizamsızlıq edərək, yol hərəkəti qaydalarını kobud şəkildə pozduğu, avtoxuliqanlıq etdiyi və bununla da ictimai-asayişi nümayişkəranə şəkildə pozaraq vətəndaşların haqlı narazılığına səbəb olduğu aydınlaşıb. Həmin şəxs barəsində İnzibati Xətalar məcəlləsinin müvafiq maddələrinə əsasən tərtib olunmuş inzibati protokol baxılması üçün aidiyyatı üzrə məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə sürücü 20 sutka inzibati qaydada həbs edilib.