• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 935
— 11.01.2023 11:34

Tütün məhsullarından istifadənin zərərləri

KepezTV Player

Güc və xoşbəxtliyin təməli sağlamlıqdır. Ancaq  bəzən bunu unudur, özümüzü və ətrafımızı sanki bilərəkdən müxtəlif xəstəliklərlə qarşılaşmasına səbəb oluruq. Günümüzün aktual məsələlərindən biri də tütün məhsullarından istifadənin zərərləri ilə bağlıdır. Hər kəsə məlumdur ki, tütündən istifadə həm bizim, həm də ətrafımız üçün təhlükədir.

Alimlər siqaret çəkməyin sağlamlığa nə qədər ağır zərbələr vurduğunu bildirsələr də, lakin insanlar təhlükə qarşısında qaldıqlarını düşünmək belə istəmirlər. Siqaret çəkməyə aludəçilik çox vaxt yeniyetmə və gənc yaşlarında baş verir. Yeniyetmə və gənclər adətən bir-birinin bəhsinə, ya da bekarçılıqdan siqaret çəkməyə əl atır və getdikcə ona vərdiş edirlər. Əksər hallarda tütündən istifadə nəticəsində sağlamlığa dəyən zərər  illər və hətta onilliklər keçdikdən sonra özünü büruzə verir. Bəs görəsən insanlar tütünün onlara verdiyi zərərdən xəbərdardırlarmı?

Siqaretin böyük bəlalarından biri də onun passiv şəkildə yayılmasıdır. Belə ki, siqaret çəkən şəxsin yanında durmaq və ya onunla təmasda olmaq passiv “tütün çəkmə” adlanır.

Tütünün tüstüsündən ən çox əziyyət çəkənlər isə uşaqlardır.Onlar onun  nə demək olduğunu bilmədən  tüstüsünü qəbul edirlər. Bu onların hələ tam formalaşmayan orqanizminə dəhşətli dərəcədə mənfi təsir göstərir. Son illər siqaretdən imtina edə bilməyən insanlar çıxış yolunu elektron siqaretlərdə görürlər.

Tütünün tərkibində olan  nikotin gələcəkdə orqanizmdə xərçəng, arterial təzyiqin yüksəlməsi,iflic, dəridə quruma və kataraktda kimi xəstəliklərin yaranmasına gətirib çıxarır. 

Sağlamlıq ən böyük xəzinəmizdir. Hamılıqla çalışmalıyıq ki, həyatda ən böyük var-dövlət olan cansağlığımızı tütünə qurban verməyək. Allahın bizə bəxş etdiyi əmanəti göz bəbəyi kimi qoruyaq. Qoruyaq ki, bizdən sonra gələn nəsillərimiz də sağlam olsunlar.