• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1544
— 30.12.2022 19:50

40 min abonentin qaz sayğacının sıfırlanması gecikəcək

KepezTV Player

Əməkdaşımız Elnur Vahidoğlunun indi təqdim edəcəyi sujet hər kəs üçün daha çox maraq kəsb edir. artıq 1 gündən sonra, 2023-cü ilin ilk günündən  mavi yanacağın sərfiyyatına görə ödəmələr ilin qiymət səviyyəsinə düəcək.  Sayğacların mexaniki və smart olmasından asılı olaraq bu prosesin necə tənzimlənəcəyindən indi xəbər verəcəyik.
Dekabrın 25-dən başlayaraq Gəncə Regional Qaz İstismar İdarəsinin Gəncə Xidmət Sahəsi üzrə əməkdaşları qaz limitinin sıfırlanması ilə bağlı sakinlər arasında maarifləndirmə işi aparır. Smart-kart tipli sayğaclarda yanvarın 1-dən bu proses avtomatik olaraq həyata keçiriləcəksə, mexaniki sayğaclarında bir neçə gün çəkəcək.

Gəncədə mavi yanacaqdan istifadə edən abonentlərin sayı 87 mindir. Onlardan 47 mini smart-kart, digərləri isə mexaniki sayğacın göstəricilərinə əsasən ödəniş edirlər. 

Elnur Vahidoğlu