• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1467
— 30.12.2022 16:19

Bayramqabağı qiymətlər cibə uyğundurmu?

KepezTV Player

Bayram artıq astanadadır. Hər kəsin başı bayram süfrəsinin hazırlığına qarışıb. Süfrəmizi bəzəyəcək nemətlərin bizə neçəyə başa gələcəyi isə hər kəsi maraqlandıran məqamdır. Bu marağı nəzərə alan əməkdaşımız Aişə Rzayeva market və bazarlardakı qiymətlərlə tanış olub, sakinlərin  süfrələrinə nələri düzəcəyini öyrənib.

Bayramda hazırlanan təamların erzaqlarının qiyməti isə hər kəsi maraqlandıran sualdır.Bizdə bunuöyrənmək üçün üz tutduq Gəncənin bazarlarına.  Mövcud vəziyyət necədir indi biləcəyik.

Bəzi satıcılar qiymətin ötən illə müqayisədə baha, bəziləri isə ucuz olduğunu söylədi. Ancaq hər biri alıcılıq qüvvəsinin zəif olduğu təsdiqlədilər.

Göyərtilərin qiyməti isə keçən illlə müqayisədə bu il daha münasibdir. Ağartı məhsulları haqqında isə eyni fikri söyləmək mümkün deyil. Satıcılar qiymətin qalxdığını deyir. Onlarla alıcılar da razıdır

Bayramda ən çox satılanlartdan biri isə  qərzəkli meyvələrdir. Hansı ki, həm şirniyyatların hazırlanmasında əsas məhsul hesab edilir, həm də yeməklərdə istifadə olunur.

Sonda qeyd edək ki, bayramda süfrədə bolluğun olması nə qədər önəmlidirsə, insanların əhval-ruhiyyəsinin yüksək olması, yeni ilin şadlıqla qarşılanması bundan daha da önəmlidir.