• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2563
— 30.12.2022 12:10

Avropa şəhərlərində erməni eko-terroruna etiraz edilib

KepezTV Player

Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız Şuşa-Xankəndi yolunda etiraz aksiyası keçirən azərbaycanlı ekofəallar, vətəndaş cəmiyyəti nümayəndələri və könüllülərlə həmrəylik nümayiş etdirməkdə davam edirlər. Budapeşt, Praqa, Kişinyov və Manisada yaşayan azərbaycanlılar ölkəmizin ərazisində erməni eko-terroruna etiraz əlaməti olaraq dinc piket keçiriblər. Azərbaycanın bayraqlarını dalğalandıran aksiya iştirakçıları “Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarına son!”, "Ekoloji cinayətə son!", "Ekoloji terrora yox!", “Ətraf mühitə bərpa olunması mümkün olmayan zərər vurulmasına son!” şüarlarının əks olunduğu plakatları nümayiş etdiriblər. Aksiyanın məqsədi yerli və dünya ictimaiyyətinin diqqətini Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycan ərazisindəki faydalı qazıntı yataqlarının Ermənistan və erməni separatçıları tərəfindən qeyri-qanuni istismarına cəlb etməkdir.