• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 858
— 29.12.2022 16:23

Təbrizdə körpəyə türkcə ad qoyulduğu üçün şəxsiyyət vəsiqəsi verilmir

KepezTV Player

Güney Azərbaycanın Təbriz şəhər sakininin yeni doğulan körpəsinə türkcə ad qoyulduğu üçün şəxsiyyət vəsiqəsi verilmir. Məlumata görə, körpə iki həftədir dünyaya gəlib. Ona Elana adı qoyublar. Ancaq Təbrizin Qeydiyyat İdarəsi türk adı seçilməsinə qarşı çıxdığı üçün körpə şəxsiyyət vəsiqəsi almaqdan məhrum edilib. Təbrizdən olan ictimai fəallar məhkəməyə şikayət edəcəklərini qeyd ediblər. İran Qeydiyyat İdarəsinin azərbaycanlı uşaqlara türk adlarına görə kimlik vəsiqəsi verməməsi valideynlərin etirazları ilə qarşılanır və onlar məsələni sosial mediada ictimailəşdirməyə məcbur olurlar.