• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 856
— 29.12.2022 12:33

Bakıda qadın ətçəkən mikserə düşərək ölüb.

KepezTV Player

Bakıda qadın ətçəkən mikserə düşərək ölüb. Hadisə Qaradağ rayonu ərazisində yerləşən sexlərin birində baş verib. Baş Prokurorluqdan verilən məlumata görə, ət kəsimi sexində xadimə işləyən 1982-ci il təvəllüdlü Rəqsanə Pirməmmədovanın elektrik mikserini təmizləyən zaman qurğunun hərəkətə gəlməsi nəticəsində qurğunun hissələri arasında qalaraq aldığı xəsarətlərdən hadisə yerində ölməsi faktı ilə bağlı rayon prokurorluğunda cinayət işi başlanıb. Hazırda iş üzrə istintaq davam edir.