• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 851
— 29.12.2022 12:30

Mövlud Çavuşoğlu Laçın yolundakı hadisələrdən danışdı

KepezTV Player

"Laçın yolundakı son hadisələr Ermənistan üçün bir səmimiyyət testidir". Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada media nümayəndələri üçün ilin son toplantısında bildirib. 
“Can Azərbaycanla əməkdaşlığımız iki ölkə arasında ola biləcək ən yüksək səviyyədədir”, - XİN başçısı vurğulayıb. Türkiyənin Azərbaycanla yaxın həmrəylik içində olduğunu deyən Cavuşoğlu əlavə edib ki, Ermənistanla normallaşma prosesi davam edir. “Azərbaycanın torpaqlarının zənginliyinin qəsb edilməsinə çalışılması qəbuledilməzdir” söyləyən Cavuşoğlu Türkiyənin hər məsələdə olduğu kimi, bu məsələdə də Azərbaycanın yanında olduğunu qeyd edib.