• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 848
— 29.12.2022 12:28

Sülhməramlıların 5 avtomobilinin hərəkətinə şərait yaradılıb

KepezTV Player

Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolundakı etiraz aksiyası artıq 18 gündür davam edir. Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir. Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus 4 minik və 1 təminat avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb. Nəqliyyat vasitəsinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub. Həmin avtomobillərdən 4-ü Xankəndidən Laçın, 1-i əks istiqamətə keçib. Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.