• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1391
— 27.12.2022 11:20

Yeni ilin dəbi

KepezTV Player

İl ərzində ölkəmizdə müxtəlif bayramlar qeyd olunur. Bayramların əsas atributlarından biri də gözəl süfrələrdir. Günümüzün reallığında süfrələrin gözəl olması ilə yanaşı, sağlamlığa zərər verməməsi də əhəmiyyət daşıyır. Dietoloqlarımız qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində yeməkləri hazırlayarkən nələri nəzərdən qaçırmamağın faydalı olmasına aydınlıq gətirib.

Süfrənin bəzədilməsi işi marketlərdən başlayır.Bu xüsusda hansısa bir malı alarkən üzərində hədiyyə kimi təqdim olunan məhsullara diqqət yetirilməlidir. Yəni bazarlıq zamanı ilk növbədə məhsulların istehsal və son istifadə tarixlərinə baxmaq lazımdır.Çünki zəhərlənmə, mədə-bağırsaq pozulmaları baş verə bilər. Yeni ildən sonra müxtəlif problemlərlə qarşılaşmamaq üçün məhsulun təzəliyinə, keyfiyyətinə, yeməklərin və salatların hazırlanmasına diqqət etmək vacibdir. Biz azərbaycanlılar süfrədə iki-üç növ salat, balıq,toyuq, aş, kabab və s. olmasını xoşlayırıq.Amma bu bolluq insan orqanizmi üçün zərərli deyil, faydalı olmalıdır. Yəni süfrədəki qidaları qəbul edən şəxslərdə sonradan baş ağrıları, ürəkbulanmasına gətirib çıxarmamalıdır.Ona görə də süfrədəki yeməklərin hər birindən dadmaq istəyən insanlara kifayət qədər az qidalanmalarını tövsiyə edirəm. Çünki, salatların, xörəklərin ardından şirniyyatlar da qəbul olunur.Bayram süfrəsində uşaqlar da yaddan çıxarmaq olmaz. Bayram süfrəsindən sonraya qalmış yeməklərdən istifadə etmək düzgün deyil. Xörəklər süfrədə bir-iki saat qaldıqdan sonra onun içərisində bakteriyalar inkişaf edir və daha sonra həmin yemək soyuducuya qoyulub təkrar yeyiləndə zəhərlənmələrə səbəb ola bilər.

 2022-ci ildə daha çox qısa, dar və dekolteli paltarlara tələbat artacaq. “Oversize” modellərin yerini mikro geyimlər əvəz edəcək.Bir neçə gündən sonra başlayacaq olan ildə 2000-ci illərdə dəbdə olan aşağı belli şalvarlar daha çox görünəcək. Bu şalvarlar göbəyi açıq buraxan köynək və bluzlarla tamamlanacaq. Mini cins şortlar növbəti ilin yayında da trenddə olacaq.2023-ci ilin rəng trendləri də artıq müəyyənləşib.