• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 976
— 27.12.2022 16:21

Ermənilərin törətdiyi ekoterrorun həlli yolları araşdırılıb

KepezTV Player

Gəncədə “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında mövcud ekoloji vəziyyət: Müasir çağırışlar və problemlərin həlli yolları” adlı elmi praktik konfrans keçirilib. Azərbaycan Texnologiya Univetrsitetində təşkil olunan tədbirdə azad edilən Azərbaycan ərazilərində ermənilər tərəfindən törədilən ekoloji cinayətlər söz açlıb. Həmin torpaqların elmi əsaslarla monitorinqi, torpaq və su ehtiyatlarının, bioloji müxtəlifliyin işğaldan əvvəlki və mövcud vəziyyətinin müqayisəli təhlili, bərpası, mühafizəsi və səmərəli istifadəsi üzrə tədqiqatların aktuallıq kəsb etdiyi vurğulanıb. Konfransda müzakirə olunan məsələlərin işğaldan azad edilən ərazilərdə ekosistemin bərpası istiqamətində aparılan işlərə töhfə verəcəyinə əminlik ifadə olunub. İşğaldan azad olunan ərazilərdə ekoloji terrorun fəsadları və ətraf mühitin bərpası istiqamətində tədqiqatçıların məruzələri dinlənilib, mövzularla bağlı fikir mübadiləsi aparılıb.