• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1500
— 26.12.2022 11:17

Gənclərin bayram anlayışı

KepezTV Player

Azərbaycan Respublikası , eləcədə onun xalqı müasir və dünya görüşlü  olduğuna görə həm öz mədəniyyətimizə aid olan , həm də xarici ölkələrə xas olan bayram və mərasimlər dövlətimiz tərəfindən yüksək şəkildə  keçirilir. Milli bayramlara və xüsusi günlərə bizim millətimiz çox önəm verib. Buna misal olaraq artıq günlər keçdikcə yaxınlaşdığımız  “Dünya Azərbaycanlılarının  Həmrəlik günü” və “Yeni il”-i deyə bilərik. Həm yaşlı , həm də gənc nəsil  maraqla bu günləri ailəsi yaxud dostları ilə qarşılayır. Get-gedə dəyişən sadəcə bəzi adət-ənənələr olur.

Artıq 2022-ci ilin son günlərini yaşayırıq. Deyirlər, ili necə qarşılasan, elə də keçirərsən. Ona görə də uşaqdan-böyüyə hər kəs bu bayramı qeyd etmək üçün səbirsizlənir. Bəs görəsən, gənclərimiz Yeni ili necə qeyd edir? Ümumiyyətlə, bu bayramı necə keçirmək lazımdır ki, yaddaqalan olsun?

Universitetlərin və ya təşkilatların  gənclər üçün təşkil etdiyi tədbirlər təkcə əyləncə xarakteri daşımamalı, həm də gənclərin xüsusi qabiliyyətini nümayiş etdirmək üçün bir imkan rolunu oynamalıdır: "Gənclər müxtəlif teatr oyunları, musiqi alətlərində ifa etmək və digər bacarıqlarını göstərə bilərlər. Məncə, Yeni il gecəsi təkcə əyləncədən ibarət olmamalıdır. Bu həm də gənclər üçün mədəni bir  tədbir mahiyyəti daşımalıdır”. Həmçinin onlar  qloballaşan dünyada müxtəlif trendlərə uyğunlaşmaq istəyirlər. Ona görə öz aralarında Yeni il bayramını adətən xarici ölkələrin adət-ənənələrinə uyğun qeyd edilir.

Bu dəfə Yeni il bayramına xüsusi hazırlaşıram. Çünki bu il xaricdən olan azərbaycanlı dostlarımı qonaq edəcəm. Yəqin ki, dekabrın 31-ni dostlarla birgə keçirəcəm. Mənim üçün önəmli olan həmvətənlərimlə birgə olmaqdır. Ona görə də dekabrın 31-i çalışırıq ki, hamımız bir yerə toplaşıb öz aramızda bayramı qeyd edək”.Kiçik, amma çox əyləncəli şənliyə qatılacam.

Gəncliyində gənc ola bilən nə xoşbəxt . Ən əsası odur ki, ətrafımızda hər zamanlar yaxınlarımız olsun. Qarşıdan gələn 2023-cü ildə xoş sabahlar əsl dostluqlar sizinlə olsun.Yeni iliniz mübarək!