• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2237
— 26.12.2022 19:11

Şəhid və qazi övladları üçün bayram şənliyi

KepezTV Player

Yeni ilin vaz keçilməzləri şaxta baba və qar qız, küknar ağacı, bolluca hədiyyələr, bayram süfrəsi və əyləncə. Bütün bunlar Göygöldə şəhid və qazi övladları üçün təşkil edilən yeni il şənliyində yaşananlardır. Dünya azərbaycanlılarınını həmrəliyi günü və yeni ilin gəlişi münasibəti ilə təşkil edilən şənlikdə xoş arzular dilə gətirilib, 2023-cü ilin Azərbaycan üçün düşərli olması dilənib. Ümumilikdə 70-ə yaxın balacaya hədiyyələr təqdim edildikdən sonra şüh musiqilərin sədaları altında rəsqlər edilib, bayram sevinci yaşadılıb.