• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1276
— 26.12.2022 20:10

"Naborot qızışıyor..." sözlərinin müəllifi dəfn edildi

KepezTV Player

Gəncədə Birinci Qarabağ müharibəsinin döyüşçüsü, qazi Tarıyel Şahverdiyev vəfat edib. Ermənilərin İkinci Qarabağ müharibəsində Gəncəni raket atəşinə tutduğu günlərdə “Azərbaycan əhalisi qan görəndə qorxmuyor, naborot qızışıyor” sözləri ilə məşhurlaşan Tarıyel Qasımov 1-ci Qarabağ müharibəsind igidlik göstərib. Bir çox qaynar döyüşlərdə iştirak edib. Şuşa ətrafında gedən döyüşlərdə ürəyindən güllə yarası, kürəyindən və ayağından isə qəlpə yaraları alıb. Onun müharibədə göstərdiyi qəhrəmanlıq Azərbaycan Prezidentinin fəxri fərmanı ilə təltif edilib. Müharibədən qayıtdıqdan sonra Tarıyel Şahverdiyev Daşkəsən, Göygöl və Gəncədə polis orqanlarında müxtəlif vəzifələrdə çalışıb. 3 qız atası olan polis mayoru infaktdan dünyasını dəyişib və şəhidlər xiyabanında dəfn olunub.