• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1678
— 23.12.2022 16:18

İttiham olunan şəxs məhkəmə zalında ölüb

KepezTV Player

Bakı Ağır Cinayətlər Məhkəməsində təqsirləndirilən şəxs məhkəmə zalında vəfat edib. Cinayət Məcəlləsinin dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə maddəsi ilə təqsirləndirilən 1960-cı il təvəllüdlü Şəmil Qədimovun ürək tutmasından keçindiyi qeyd olunub. Məlumata görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə onun qəflətən halı pisləşib. Şəmil Qədimov həbsdə deyilmiş.