• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1723
— 23.12.2022 16:14

59 yaşlı qadının dənizdə batdığı ehtimal olunur, axtarış gedir

KepezTV Player

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizdə batması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb edilən Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupları dənizdə batması ehtimal edilən 1963-cü il təvəllüdlü Qurbanova Nərminə İslam qızının axtarışlarına başlayıblar. Qruplar tərəfindən vətəndaşın batdığı ehtimal edilən istiqamətlərdə axtarış-xilasetmə tədbirləri davam etdirilir.