• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2361
— 21.12.2022 16:12

Ailə-məişət zorakılığı halları

KepezTV Player

Ailə-məişət zorakılığı hallarının mövcudluğu hüquqi müstəvidə bu hallarla mübarizəni  gündəmə gətirir. Məişət zorakılığı və ya ailə də zorakılıq halları yanlız bir ailə üçün deyil, bütövlükdə cəmiyyət üçün təklükədir. Bu problemin həlli hərtərəfli yanaşma və məqsədli tədbirlərin həyata keçirilməsini tələb edir. Məişət zorakılığı hallarının qarşısının alınması üçün marifləndirmə işinin  gücləndirilməsi dövlətimizin daxili siyasətində bu gün ən mühüm prioritetlərdən biridir. Məişət zorakılığı yaxın qohumluq münasibətlərindən sui-istifadə etməklə birinin digərinə fiziki və ya mənəvi zərər vurmasıdır.Bu hal fiziki,psixoloji,iqtisadi və cinsi formalarda özünü göstərir.Nədənsə ailədə şiddət  dedikdə ağıla ilk gələn qadınlar olur. Ancaq unutmayaq ki zorakılıq təkcə qadınlara deyil uşaqlara,yaşlılara və kişilərə qarşı da ola bilər. Bəs son zamanlar insanlar nə üçün ailə-məişət problemlərinin həlli üçün televiziya proqramlarına üz tuturlar? Çox təəssüf doğuran bir haldır ki, artıq yaşlı nəsil də “çarə” olaraq  belə addım atırlar. Əvvəllər bütün problemlər ailə içində həll edilirdisə, artıq “ailə sirri” deyə məfhum qalmayıb, hər kəs hər mövzunu efirdə, sosial şəbəkələrdə müzakirə edir. Lakin düşünmək lazımdir ki, gənc nəsil psixologiyası bu cür aqressiya doğuran mövzuların təsirinə daha tez düşürlər.
Necə deyərlər: “abad məclis aşığından bəllidir”.