• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1955
— 20.12.2022 16:22

Miqrasiya işçiləri vəzifə maaşına əlavə alacaqlar

KepezTV Player

Azərbaycanda investisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahələri, ərazilər və zonalar, habelə investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ təsdiq edilib. Prezident İlham Əliyevin fərmanına əsasən, minimal investisiya məbləği Bakı, Sumqayıt, Gəncə şəhərlərində, Abşeron rayonunda həyata keçiriləcək layihələrə münasibətdə 5 milyon manat, digər ərazilərdə həyata keçiriləcək layihələrə münasibətdə 3 milyon manatdır.*** Prezident İlham Əliyevin imzaladığı qanunla Azərbaycanda miqrasiya orqanlarının işçiləri hər ay vəzifə maaşlarının 1,1 misli məbləğində vəzifə maaşına əlavə alacaqlar. *** Dövlət başçısı sərəncamlar da imzalayıb. 2023-cü ildə növbəti “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı cari işlərin görülməsi üçün dövlət büdcəsindən Gənclər və İdman Nazirliyinə 1 milyon manat ayrılıb. Bundan başqa, Azərbaycan mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Ömər Həsən oğlu Eldarov 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib.