• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 753
— 19.12.2022 16:16

Gözlərin zəifləməsi nədən asılıdır?

KepezTV Player

Biz bilirik ki, hissiyyat orqanlarımız ətraf aləmi dərk etmə mənbəyimizdir,  onlardan hər hansı  birinə qarşı laqeyd münasibət göstərmək olmaz.  Beyinə daxil olan informasiyanın 90 faizi gözün payına düşür. Görmə qabiliyyətinin zəifləməsi,  göz qapaqlarının qızarması, ağrı və qaşınma  bunlar göz xəstəliyinin əlamətləridir. Göz xəstəlikləri anadangəlmə və ya qazanılmış olmaqla,istənilən yaş dövründə yarana bilər.Uşaqlarda görmə funksiyasının azalması,həmçinin itirilməsi  psixi inkişafı ləngidir,onun nitq qabiliyyətinə,hərəkətlərinə ,cəmiyyətdə mövqe tutmasına mənfi təsir göstərir.Erkən doğulan körpələrdə retinopatiya, çəpgözlük, ambliopiya, qlaukoma, katarakta, yaxından görmə, uzaqdan görmə və digər göz xəstəliklərinin subklinik əlamətlərinin aşkarlanması ,eləcədə, erkən tibbi  yardımın göstərilməsi məqsədilə yenidoğulmuşların, məktəbəqədər  və məktəb yaşlı uşaqların mütləq müayinələrinə diqqət yetirmək lazımdır. Ancaq bəzi insanlar həm özlərinə, həm də övladlarına qarşı “Keçib gedəcək” – deyərək məsuliyyətsiz yanaşırlar.

Bir neçə həftə bundan qabaq gözlərimdə şişkinlik , qızartı ,ağrı hiss etməyə başladım ,  amma heç fikir vermədim. Düşündüm ki, yəqin havaların soyuması ilə əlaqədardır.Bir neçə gün keçdi ,ancaq hələdə şişkinlik var idi,gözlərimdəki yorğunluq da məni narahat edirdi. Yenədə laqeyd yanaşır, fikrimdən daşınmırdım, elə öz-özümə deyirdim “keçib gedər yəqin. Hiss edirdim ki, həkimə getmədən keçməyəcək. Həkimə getməyə isə işimlə bağlı vaxt tapa bilmirəm. Aptekdən alıb istifadə etdiyim  dərmanların da mənə heç bir xeyri olmur.  Buna görə də bu işin mütəxəssislərinin fikrini öyrənmək istəyirəm ki, gözlərimdə olan şiş, ağrı, qızartı – bütün bunların səbəbi nədir?

Gözlərdə yaranan bu cür xəstəliklər qəflətən və ya tədricən inkişaf edərək, görmənin kəskin zəifləməsi ilə özlərini büruzə verirlər.Bu tip patalogiyalara gözün sinir-damar aparatının xəstəliklərini misal göstərmək olar.Görmə funksiyasına mənfi təsir göstərən amillərə yaş faktoru , ürək və damarların xroniki xəstəlikləri, metabolik  pozğunluqlar , ətraf mühitin neqativ təsirləri, stress, siqaret çəkmə , vitamin və mineral çatışmazlığı aiddir. Həkimlərin bildirdiklərinə görə,  eyni zamanda düzgün qidalanmamaq da gözlər də ciddi problemlər yaradır. Mütəxəssislərin məsləhətlərinə əsasən kələm ,balıq, qoz, balqabaq, ispanaq, yaşıl çay, yer kökü, kivi, üzüm, qarğıdalı kimi orqanizm üçün faydalı olan nə qədər qida qəbul etsək gözlərimiz bir o qədər sağlam olar. Dil aldadar,lakin göz düzünü deyər. Gözlərinizi qoruyun ki,aldanmayasız. Vaxtında edilən müayinə, görülən tədbirlə  uzun müddət  həm yaxşı görər, həm də xəstəliklərdən qorunarsınız.