• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1057
— 19.12.2022 12:21

Avtoxuliqanlıq edən şəxs həbs olunub

KepezTV Player

Gəncə şəhər Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları şəhər ərazisində sürət həddini aşan, yol hərəkəti qaydalarını kobud şəkildə pozan və avtoxuliqanlıq edən sürücünü saxlayıb. Vətən Müharibəsi iştirakçısı olan Qoşqar Həsənov idarə etdiyi “VAZ” markalı avtomobil ilə yollarda intizamsızlıq edib. Avtoxuliqanlıq edərək, ictimai asayişi nümayişkəranə şəkildə pozaraq, vətəndaşların haqlı narazılığına səbəb olub. Saxlanılan şəxs barəsində inzibati protokol tərtib edilərək məhkəməyə göndərilib.