• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1097
— 19.12.2022 12:17

Etiraz aksiyası davam edir

KepezTV Player

Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı ekoloqların, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin və fəalların Laçın-Xankəndi yolunda keçirdikləri etiraz aksiyası səkkizinci gündür davam edir.Hava şəraitinin soyuq olmasına baxmayaraq, dinc aksiyaya qoşulanların sayı da getdikcə artmaqdadır.

Bu gün səhər saatlarında Xankəndi tərəfdən Laçın istiqamətinə doğru Rusiya sülhməramlılarından birinin ailə üzvləri keçid ediblər. Aksiya iştirakçıları keçidə tam şərait yaradıblar. Aksiyaçılar bütün mülki ermənilərin, o cümlədən köməyə ehtiyacı olan dinc ermənilərin - yaşlıların, qadınların, uşaqların da keçidinə eyni şəraiti yarada biləcəklərini deyiblər.

Bu arada dünən ekoloji aksiya iştirakçıları və sülhməramlılar Qətərdə keçirilən dünya çempionatının finalını - Argentina- Fransa matçını izləyiblər, Argentinanın çempion olmasına seviniblər.