• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1640
— 19.12.2022 11:37

Mühəndis təminatı üzrə tədbirlərin icrası davam etdirilir

KepezTV Player

Mühəndis Qoşunlarının digər dövlət qurumları ilə qarşılıqlı fəaliyyəti nəticəsində cari ildə Kəlbəcər, Laçın və Daşkəsən rayonları istiqamətində mürəkkəb relyefli, o cümlədən çətin keçilən ərazilərdə bölmələrin fəaliyyətini təmin etmək məqsədilə ümumilikdə 334 km-dən çox yeni təminat yolu çəkilib. Bundan başqa Kəlbəcər, Laçın və Daşkəsən istiqamətində avtomobil və döyüş texnikası kalonlarının təhlükəsiz, eyni zamanda, fasiləsiz hərəkətini təmin etmək məqsədilə 2022-ci ilin noyabr və dekabr ayları ərzində ümumilikdə 2564 km yol qar örtüyündən təmizlənib. Müdafiə Nazirliyindən verilən məlumata görə, azad olunmuş ərazilərimizdə mühəndis təminatı üzrə tədbirlər davam etdirilir.