• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 680
— 16.12.2022 20:02

Əhali yeni il alış-verişindədir

KepezTV Player

2023-cü ilin gəlməsinə artıq sayılı günlər qalıb. Buna görə də, şəhərin müxtəlif yerlərində küknar ağacları, müxtəlif oyuncaqlar, bəzəklər satışa çıxarılıb. Əməkdaşlarımız bayram abu havalı əhalinin alış-verişi haqqında sujet hazırlayıb, izləyək.
Qarşıdan dovşan ili olan yeni il gəlir və hər kəs müxtəlif oyncaqlarla bəzədilmiş, küknar ağacları alır. Belə desək, əsl bayram abu havasıdır. Biz isə bu gün küknar ağacının eyni zamanda onun oyuncaqlarının və müxtəlif aksesuarların qiymətini araşdıracayıq.
Yeni ili yaşıl donlu, bər-bəzəkli küknarsız təsəvvür etmək qeyri-mümkündür. Çünki küknar həyat rəmzidir. Dekabrın əvvəlindən başlayaraq, şəhərin müxtəlif yerlərində bəzəkli, fərqli dizayna məxsus küknar ağacları satışa çıxarılıb. Deyərdik ki, alıcıları da yetəri qədər var.
Küknar ağacları ilə yanaşı onu bəzəmək üçün müxtəlif oyuncaqlar, şaxta baba və qar qız da alıcıların ixtiyarındadır. Bəzi müştərilər isə, aksesuarlar alaraq özləri fərqli dizayna malik dekorlar hazırlayırlar.
Yeni il hər kəsə can sağlığı, xöşbəxtlik və əmin amanlıq gətirsin.

Nərgiz Əhmədqızı