• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1690
— 15.12.2022 20:38

ABŞ-da ixtisasını artıran müəllimə

KepezTV Player

ABŞ hökümətinin maliyyyə dəstəyi ilə keçirilən “Teaching Excllence and Achievement”-tədrisdə mükəmməllilik və naliyyət proqramına Gəncə məktəbinin müəlliməsi də qatılıb. 6 həftədən artıq müddətdə müəllimlərin peşəkarlıq səviyyəsinin yüksədiləməsinə istiqamətində təlimlər keçirilib.

64 ölkədən 143 müəllim iştirak etdiyi  beynəlxalq layihədə Azərbaycanı 2 müəllim təmsil edib. Onlardan biri Gəncənin 26 saylı məktəb liseyinin ingilis dili müəlliməsi Nəzirə Qəmbərovadır. 16 ildir pedaqoji sahədə fəaliyyət göstərən müəllimə bundan əvvəl də müxtəlif proqramlarda iştiarak edib. Onun sözlərinə görə belə layihələrin təşkili təhsil sahəsində təcrübə mübadiləsi baxımından önəmlidir.

Nəzirə Qəmbərova ingilis dili müəlliməsi: Təkcə ingilis dili müəllimləri deyil eyni zamanda digər fənləri tədris edən müəllimlər iştirak edirdi. Proqram 6 həftə 4 gün idi. Müəllimlər müxtəlif ştatlarda müxtəlif universitetlərə bölünmüşdü. Mən Corciya ştatında idim. Corciya Dövlət Univesitetində təhsil alırdım. Təhsil 4 həftə universitetin özündə profesisorlardan təhsil alırdım. 2 həftə isə Cross Keys High School da təcrübə keçdim. Təcrübə zamanı həm kurikulumun metodlarından, strategiyalarından məlumatlandım. Eyni zamanda özümdə orda dərs keçdim. Univesitetdəki dərlərimizdə isə daha çox liderlik bacarıqlarının inkişaf etdirilməsi, Akadmeik təhsilin daha da üzə çııxması haqqında bizə təlimlər keçirlirdi.

Nəzirə Qəmbərovanın sözlərinə görə proqram çərçivəsində o Azərbaycanın mədniyyətindən də  bəhs edib. Həmçinin Amerika və Britaniya mədəniyyətləri haqqında daha çox məlumat əldə edib ki, bu da şagirdlərə daha çox məlumat verməyə  kömək edəcək.

Nəzirə Qəmbərova ingilis dili müəlliməsi: Həm məktəbin özündə həm də universitetdə mədəniyyət günləri keçirilirdi. Mədəniyyət günlərində Azərbaycanı təmsil etdim. Azərbaycanın mədəniyyətindən tarixindən bayramlarından bəhs etdim. Eyni zamnada amerikanın mədəniyyəti ilə də tanış oldum. Professorlar bizi öz evlərinə qonaq çağıırırdı. Orda holloven bayramı haqqında məlumat aldıq. Çoxlu muzeylərə səəfr etdik. Maraqlı yerlərə də getdik. Ümumilikdə Amerika haqqında biliklərim daha da genişləndi.

Müəllimə Azrbaycan və ABŞ təhsili arasında oxşar və fərqli cəhətləri də özü üçü müəyyən edib.

Nəzirə Qəmbərova ingilis dili müəlliməsi:Ölkəmizdə də kurikulum sitemi tədris olunur. Və Amerikada da kurikulum sistemidir. Və mən dərslərdə müşahidə edərkən kurikulumun necə təşkil olnduğunu, qrup işlərinin, dəsrlərin  necə təşkil olnduğunu gördüm. Və orda gördüklərimi də öz məktəbizimdə hal hazırda tətbiq edirəm. Və digər müəllim yoldaşlarımla öz kollegalarımla bölüşürəm.

Nəzirə Qəmbərova bundan başqa Elm və Təhsil Nazirliyiin keçirdiyi “Təhsildə inkişaf və innovasoyalar üzrə 3-cü və 5-ci qrant layihələrin qalibi olub. Naziriliyin nəznində fəalliyət göstərən Etwinning beynəlxalq layihəsində türkiyə və ispaniya məktəbləri ilə əməkdaşlıq edib və Britaniya Konsuluğunun teacher activity group( tiçə aktiviti qrup) təlimçisidir.