• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1625
— 15.12.2022 20:34

İsrail “strateji” sözünü heç bir ölkə üçün boş yerə işlətmir

KepezTV Player

Azərbaycan ona hədə-qorxu gəlməkdən çəkinməyən qonşularla, özünün müstəqilliyinə və ya ərazi bütövlüyünə açıq və ya üstüörtülü təhdidlər səsləndirən ölkələrlə çətin bir qonşuluqda yaşayır. İsrailin Azərbaycandakı səfiri Corc Dikin sözlərinə görə, ölkəsi Azərbaycana yönələ biləcək təhlükənin qarşısını almaq üçün onu gücləndirmək istiqamətində hər şeyi edəcək. "Bizim Qarabağ məsələsi ilə bağlı da mövqeyimiz çox aydın olub – biz Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik. Azərbaycan və İsrail strateji tərəfdaşdır, Biz “strateji” sözünü heç bir ölkə üçün boş yerə işlətmirik” – deyə səfir sözlərinə əlavə edib.