• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1397
— 14.12.2022 20:11

Həm daxildən, həm xaricdən çürüyən molla rejimi

KepezTV Player

İranda davam edən etirazlar molla rejiminin vəziyyətini getdikcə daha da çətinləşdirir. Ölkədə sosial, ictimai vəziyyətlə yanaşı, iqtisadiyyat da sürətlə tənəzzül edir. İran rialı tarixinin ən böyük antirekordunu yaşayır. Tehranın vəziyyəti getdikcə daha da mürəkkəbləşir.

İranda molla rejiminə qarşı kütləvi etirazlar da, aksiyaçılara qarşı qəddarlıq da davam edir. Fəalların həbsinin, edamların sayının artması xüsusi narahatlıq doğurur. Artıq 4 aya yaxındır ki, əhali küçələrdə, meydanlardadır. Repressiv rejim isə xalqın xeyrinə heç bir addım atmaq niyyətində olmadığını nümayiş etdirir. Ölkədə bütün sahələrdə gərginlik, gerilik müşahidə olunur. Xüsusilə İran iqtisadiyyatı çöküş yaşayır. Mollalar yalnız daxili deyil, xarici siyasət kursunu da düzgün müəyyən etməməyin cəzasını çəkirlər. Ekspert Dalğa Xatınoğlunun sözlərinə görə, ölkə iqtisadiyyatında tənəzzülün səbəbi yalnız aksiyalar deyil, beynəlxalq tərəfdaşların düzgün seçilməməsi də Tehranı çətin vəziyyətdə qoyub.Belə. Mollaların güvəndiklərə dağa qar yağıb. Tərəfdaşlarının xəyanəti isə Tehranın özünü də şoka salır. İranın ən böyük tərəfdaşlarından biri olan Çin də fars rejiminə arxa çevirib. Dalğa Xatınoğlunun sözlərinə ötən ay Çinin İrandan idxalı yarıbayarı azalıb. Pekin ərəb ölkələri ilə əməkdaşlığa üstünlük verir.
Belə. Mollaların güvəndiklərə dağa qar yağıb. Tərəfdaşlarının xəyanəti isə Tehranın özünü də şoka salır. İranın ən böyük tərəfdaşlarından biri olan Çin də fars rejiminə arxa çevirib. Dalğa Xatınoğlunun sözlərinə ötən ay Çinin İrandan idxalı yarıbayarı azalıb. Pekin ərəb ölkələri ilə əməkdaşlığa üstünlük verir.
Molla rejimi həm daxildən, həm xaricdən çürüyür. Artıq bəzi ölkələr Tehrana təzyiq göstərməyə başlayıb. ABŞ, Böyük Britaniya, kanada kimi ölkələr, BMT, Avropa İttifaqı kimi qurumlar İrana qarşı sanksiyalar tətbiq edib. Məlumatlara görə, beynəlxalq təzyiqlər öz təsirini də göstərib. İsrail kəşfiyyatının məlumatına görə, İran beynəlxalq qınağa görə öz ballistik raketlərini Rusiyaya göndərməkdən imtina edib. Görünən odur ki, qarşıda İranı daha ciddi beynəlxalq qınaq gözləyir. Tətbiq edilən sanksiyalar isə molla rejiminin vəziyyətini daha da kritikləşdirəcək.