• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1453
— 14.12.2022 16:08

Ölkədə ilk dəfə Aqrar Startaplar Formu keçirilib

KepezTV Player

Azərbaycanın müxtəlif sahələrində aparılan uğurlu inkişafla yanaşı Aqrar sahənin irəliləyişi üçün də xüsusi layihələr həyata keçirilir. Belə layihələrdən biri də ölkədə ilk dəfə keçirilən “Aqrar Startaplar Formu”dur. Formun keçirilməsində məqsəd azərbaycanda aqrar innovasiyaları və startapları olan gəncləri bir araya toplamaqdır.
Azərbaycan Dövlət Aqrar Universiteti və Aqrar İnnovasiya Mərkəzinin birgə təşkilatçılığı ilə Gəncədə “Aqrar Startaplar Formu” keçirilib. Forumun keçirilməsində məqsəd aqrar innovasiyaların fermerlər, sahibkarlar və gənclər arasında təbliği və təşviqi, regionlarda aqrar startapların inkişafı, rəqəmsal texnologiyalardan istifadə etməklə aqrar sahədə məhsuldarlığın yüksəldilməsinə dəstək olmaqdır.
Forumda işğaldan azad olunan ərazilərdə aqrar sahədə həyata keçirilən layihələrdən danışıb. İnnovativ lahiyə və startapların xüsusilə gənclər arasında təbliğimim vacibliyi qabardılıb. Forumda keçirilən innovasiya sərgisində “Aqrar Startaplar Formu”da 19 stenddə respublikanın müxtəlif yerlərindən startaplar nümayiş olunub. Həmçinin startaplarda xüsusi təcrübəsi olan mentorlar da dəvət olunub.
Müzakirələr zamanı belə tədbirlərin keçirilməsinin vacibliyi vurğulanıb.