• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 913
— 13.12.2022 14:07

Etiraz aksiyası davam edir

KepezTV Player

Azərbaycanın ekoloji sahə üzrə ixtisaslaşmış qeyri hökümət təşkilatlarının Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşada dünən səhər saatlarından başlayan etiraz aksiyası ikinci gündür ki, davam edir. Etirazçıların sayı getdikcə artır. Bakıdan daha bir qrup QHT nümayəndəsi Şuşaya gələrək aksiyaya qoşulub. Onların sayı artıq 400-500 nəfər təşkil edir. QHT nümayəndələri vətənpərvərlik mahnılarının sədaları altında tonqallar yandıraraq “Ekoloji terrora son qoyun!” şüarları səsləndirirlər. İştirakçılar "Yallı" rəqsi də oynayıblar.