• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2313
— 12.12.2022 19:55

Suvarma üçün daha 6 subartezian quyusu qazılıb

KepezTV Player

Ağstafada payzılıq əkinin suvarılması üçün arx və kanallar lil və kol-kosdan təmizlənir. Paralel olaraq əkinə yararlı ərazilərin suvarılmasında çərinlik yaşanmaması üçün yeni subartezian quyuları qazılır. Gələn il ağstafalı fermerlərin ixtiyarına 13 belə su mənbəyi veriləcək.

Ağstafa rayonunda 18 min ha əkinə yararlı torpaq sahəsi var. Payızlıq əkindən sonra suvarmada problemin yaşanmaması üçün Suvarma Sistemləri İdarəsinin işçiləri qabaqlayıcı tədbirlər görüb.

Ağstafa rayonunda əkinə yararlı sahələrin suvarılması üçün təxminən 800 km yaxın arxdan istifadə olunur. İl ərzində isə bu arxların 250 km yaxını lildən təmizlənib.

Həmçinin rayon ərazisində suya ehtiyac olan ərazilərdə yeni subartezian quyuları da qazılır. Artıq bu quyulardan bir neçəsi hazırdır. Digərlərində isə qazma işləri gedir.

Ağtafada 9715 ha-da payızlıq şum işləri görülüb. Paralel olaraq torpaq mülkiyyətçiləri tərəfindən əkilən 2 min ha ərazidə payızlıq suvarma aparılıb.

Ağstafa Suvarma Sistemləri İdarəsi 4 suvarma mənbəsindən su götürürür. Bunlar Ağstafaçay su anbarı, Sandargöl su anbarı, Həsənsu çayı, 266 subartezian quyusu və 3 su nasos stansiyasıdır. Payızlıq əkin üçün 36 ədəd hidritexniki qurğu və nasos stansiyalarında əsaslı və cari təmir işləri də aparılıb.

Elnur Vahidoğlu