• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1432
— 10.12.2022 19:51

İbtidai sinif şagirdlərini repetitor yanına göndərən səbəblər

KepezTV Player

Repetitorluq, yaxud hazırlıq, loru dildə desək, “müəllim yanına getməyə” bir vaxtlar heç olmasa abitruyentlər müraciət edirdilərsə artıq bu hal dəyişib. İndi ibtidai sinif şagirdlərinin belə repetitor yanına getməsi demək olar ki, adət halını alıb. Bəs bu nədən qaynaqlanır və uşağın fiziki-zehni inkişafına necə təsir göstərir? Əməkdaşlarımız bu məsələnin səbəbini araşdırıblar.
Əvvəllər sadecə 10, 11 ci sinif şagirdləri hazırlığa gedirdisə indi ibtibai sinif şagirdləri belə ev tapşırıqlarını repititorla eleyirlər. Bəs görəsən buna səbəb nədir? Dərs yükümü ağırdı yoxsa valideyinlərinmi uşaqları ilə məşğul olmağa vaxtı yoxdu, Bu gün bu mövzunu araşdırırıq.
Hər valideyn bunu müxtəlif yönlərdən izah edir. Kiminə görə, dərs yükü ağır olduğundan uşaq dərsləri yaxşı qavramır və müəllim müdaxiləsi lazım gəlir. Kimiləri isə şagirdin ev tapşırıqlarına kömək etməyə kifayət qədər vaxtı olmadığı üçün hazırlığa göndərdiyini qeyd elədi. Mütəxəsislər isə uşaqların vaxtından tez bu qədər yüklənməsinin mənfi tərəflərinin olduğunu izah edir.
30 ildir müəllimə işləyən və eyni zamanda hazırlıq keçən Natiqə Xələfova da əvvəlki illərdən fərqli olaraq indi hazırlığa gedən uşaqların aşağı sinif şagirdləri olduğunu təsdiq edir. Buna səbəb olaraq isə dərsliklər, sinifdə şagirdlərin çox olması, proqramın qəlizyi kimi məsələləri qabartdır.
Ölkədə 4432 təhsil müəssəsi fəaliyyət göstərir ki, burada da 1,6 milyon şagird təhsil alır.