• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1317
— 10.12.2022 20:06

"Bu gün"də işıqlandırılan problem həllini tapıb

KepezTV Player

Ötən gün Kəpəz televiziyasının efirində Göygöl şəhərinin sakinlərinın günlərcə içməli su ilə təminatda çətinliklər yaşaması, 3 min abonentin su üzünə həsrət qalması barədə süjet təqdim etdik. Artıq şəhərdə içməli suyun verilişində yaranan problemlər aradan qaldırılıb. Şəhərə gələn su xəttinin Toğanalı kəndi ərazisindən keçən diametri 450 mm olan plastik magistral hissəsində fəsad yaranmışdı. Əsas boru kəmərinin təmir olunmasıyla əhali su ilə təmin olunub.