• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1205
— 10.12.2022 19:57

Gənclər və İdman Nazirliyinin regional idarələri yaradılır

KepezTV Player

Prezident İlham Əliyev Gənclər və İdman Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında Sərəncam imzalayıb. Bir sıra regional idarələrlə yanaşı, Gəncə, eləcə də Naftalan şəhər, Daşkəsən, Göygöl, Goranboy, Samux rayon gənclər və idman idarələrinin əsasında Gəncə−Daşkəsən Regional Gənclər və İdman İdarəsi, Ağstafa, Qazax, Gədəbəy, Şəmkir, Tovuz rayon gənclər və idman idarələrinin əsasında isə Qazax−Tovuz Regional Gənclər və İdman İdarəsi yaradılır. Maliyyə Nazirliyinə gənclər və idman sahəsinin 2023-cü il yanvarın 1-dən mərkəzləşdirilmiş maliyyələşməyə keçməsini təmin etmək tapşırılıb. *** Prezident İlham Əliyevin imzaladığı fərmana əsasən, Gənclər və İdman Nazirliyinin yerli bölmələrinin rəhbərlərini həmin mərkəzi icra hakimiyyəti orqanları ilə razılaşdıraraq yerli icra hakimiyyətinin başçısı vəzifəyə təyin və vəzifədən azad etmək səlahiyyətini itirib.