• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1635
— 10.12.2022 16:28

""Qardaş yumruğu" təliminin regionda dayanıqlı sülhün təminində böyük rolu var"

KepezTV Player

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə 2022-ci ilin yekunlarına dair Müdafiə Nazirliyinin Kollegiya iclası keçirilib. Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev vurğulayıb ki, müxtəlif növ hərbi təlimlər və döyüş hazırlığı məşğələlərinin keçirilməsi ilə qoşunların döyüş qabiliyyəti daha da artırılıb, şəxsi heyətin peşəkarlıq səviyyəsi yüksəlib. Azad edilmiş ərazilərdə aparılan mühəndis tədbirləri nəticəsində yeni yolların çəkilməsi, ərazilərin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi istiqamətində görülən işlər barədə məlumat verilib. Kəlbəcər, Laçın və Daşkəsəndə, eləcə də Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərimizdəki mövcud əməliyyat şəraiti təhlil edilib. Müdafiə naziri, general-polkovnik Zakir Həsənov "Qardaş yumruğu" adlı Azərbaycan-Türkiyə birgə təliminin regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunmasına töhfə verdiyini vurğulayıb. Qarabağ iqtisadi rayonunda Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərimizdəki qeyri-qanuni erməni silahlı dəstələrinin fəaliyyətinin daim müşahidə edilməsi və nəzarətin daha da gücləndirilməsinə dair müvafiq tapşırıqlar verilib. Müdafiə naziri qış mövsümündə Azərbaycan Ordusunun, xüsusilə dağlıq ərazilərdə dislokasiya olunan bölmələrin təminat məsələlərinə ciddi nəzarət edilməsinə dair aidiyyəti üzrə vəzifəli şəxslərə göstərişlər verib.