• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2047
— 08.12.2022 20:25

"Beynəlxalq mexanizmlərin yaradılması haqqında razılığın əldə olunması yalandır"

KepezTV Player

"Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi ilə bağlı beynəlxalq mexanizmlərin yaradılması haqqında razılığın əldə olunması yalandır". Bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Vaşinqtonda Qarabağda yaşayan ermənilərin hüquq və təhlükəsizliyi barədə beynəlxalq mexanizmlərin yaradılması barədə guya razılıq əldə olunduğuna dair bəyanatla çıxış etməsinə münasibət bildirərkən deyib. O, Ermənistan Təhlükəsizlik Şurasının katibi tərəfindən aparılmış müzakirələrin mahiyyətinin birtərəfli qaydada təhrif olunduğunu qeyd edib.