• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 891
— 08.12.2022 20:34

Mülki müdafiə qoşunlarının praktik vərdişləri yoxlanılıb

KepezTV Player

Fövqəlаdə Hallar Nazirliyinin Baş əməliyyat idarəsinin təşkilatçılığı ilə “Fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı Mülki müdafiə qoşunlarının qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda komanda-qərargah təlimi keçirilib. 3 günlük təlimin son günü Gəncədə baş tutub.

Nizami yurdunda həyata keçirilən təlim baş verən fövqəladə hal zamanı təhlükəsiz ərazidə qurulan çadırda Mülki müdafiə qoşunlarının fəaliyyət istiqamətinə uyğun komandir-rəis heyətinin əməliyyat şəraitinin qiymətləndirilməsi və təhlilinin aparılması ilə başlayıb. Burada  olayın aradan qaldırılması ilə bağlı bəzi qərarlar və ilkin müzakirələr aparıldıqdan sonra həyacan siqnalı ilə canlı qüvvə və texnika əraziyə yönləndirilib.

Təlimin bu hissəsində xilasedicilər ərazidə yanğının qarşısını almaqla yanaşı həmçinin şərti olaraq zərəhlənən şəxsləri təxliyə eliyirlər.

Partlayış qeydə alınan obyektdə yuxarı mərtəbələrdə olan zərərçəkənlər xüsusi vasitələrlə endirilərək mülki müdafiə qoşunlarının şəxsi heyəti tərəfindən ilkin həyat təminatının təmin edilməsi məqsədilə çadır şəhərciyində yerləşdirilib. Onlara ilkin tibbi yardım göstərilib. Vəziyyəti daha ağır olanlar təcili tibbi yardım avtomobilləri ilə xəstəxanaya  köçürülüb. Təlimin keçirilməsində əsas məqsəd fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı Mülki müdafiə qoşunlarının fəaliyyət istiqamətinə uyğun təhlilin aparılması, təkliflərin hazırlanması, qərarların qəbul edilməsi, qüvvə və vasitələrin idarə edilməsi üzrə vərdişlərinin daha da təkmilləşdirilməsindən ibarət olub.

Ümumilikdə Gəncədəki təlimə Mülki müdafiə qoşunları tərəfindən 150 nəfərdən ibarət şəxsi heyət və 30 müxtəlif təyinatlı texnika cəlb olunub.